Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2025 00:08
"Meta" şirkəti instaqramda 18 yaşdan aşağı istifadəçilərin yalnız "13 yaş və üzəri" üçün nəzərdə tutulmuş məzmunlarla qarşılaşacağını açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında qeyd olunub.
Yeni qaydaya əsasən, bu tənzimləmələr valideyn icazəsi olmadan dəyişdirilə bilməyəcək və ilin sonuna qədər bütün ölkələrdə avtomatik tətbiq ediləcək.
Bildirilib ki, yetkinlərə yönəlik cinsi, alkoqollu, təhlükəli və arqo ifadələr olan paylaşımlar 18 yaşdan kiçiklərə nə göstəriləcək, nə də tövsiyə ediləcək. Gənclər bu tip hesabları izləyə və belə məzmunları axtara bilməyəcəklər.
Qeyd edək ki, sözügedən qərar uşaqların sosial mediada təhlükəsizliyinin artırılması istiqamətində atılan qlobal addımlar fonunda qəbul edilib.