Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2025 11:56
"Mançester Siti"nin norveçli ulduzu Erlinq Holann UEFA Çempionlar Liqasının əsas mərhələsində "Vilyarreal"a (İspaniya) vurduğu qolla yeni rekorda imza atıb.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, hücumçu klub və yığma komandada ardıcıl 12 qarşılaşmada qol sevinci yaşayaraq portuqaliyalı superulduz Kriştianu Ronaldunun göstəricisini təkrarlayıb.
Hazırda davam edən "Vilyarreal" - "Mançester Siti" görüşündə "şəhərlilər" 2:0 hesabı ilə öndədir. Qolları Erlinq Holann (17-ci dəqiqə) və Bernardu Silva (40-cı dəqiqə) vurublar.
Tural