Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2025 15:56
2026-cı ildə Azərbaycanda pensiyalar orta hesabla 579.2 manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2025-ci ilin gözlənilən 537 manat orta pensiyasından təxminən 7.9% çoxdur.
Sonxeber.net xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Ölkə büdcəsində əmək pensiyalarının ödənişinə ayrılan vəsait isə 7 milyard 992.88 milyon manat səviyyəsində nəzərdə tutulub ki, bu da 2025-ci ilin təsdiqlənmiş proqnozundan 10.85% və ya 782.35 milyon manat çoxdur.
Qısaca desək, gələn il pensiyalar həm nominal olaraq artacaq, həm də büdcədə onların ödənişi üçün daha çox vəsait ayrılacaq.