Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2025 21:28
Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ləman Mehrab qızı Niftəliyeva cüdo idman növü üzrə U-17 qızlar və oğlanlar arasında keçirilən Sumqayıt şəhər birinciliyində uğurlu nəticə göstərib.
Sonxeber.net "Unikal"a istinadən xəbər verir ki, 40 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edən Ləman Niftəliyeva qızıl medal qazanaraq birinci yerə layiq görülüb.
Qeyd edək ki, L.Niftəliyeva Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrinin şəhid baş giziri Mehrab Niftəliyevin qızıdır.