Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çox əsəbiləşdim, sonradan Elvinlə...''

“Çox əsəbiləşdim, sonradan Elvinlə...''

Tarix: 27 Oktyabr 2025 09:30

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda "Atletik"ə qarşı keçirilən matçda Elvin Cəfərquliyevin müzakirə olunan epizodu barədə danışıb.

Sonxeber.net xəbər verir ki, təcrübəli mütəxəssis müdafiəçini cəzalandırıb-cəzalandırmadığı barədə sualı cavablandırıb. 

"Normal bir qaydada söhbətimiz oldu. Oyun zamanı daha çox əsəbiləşdim. Amma sonradan sakit söhbətimiz oldu. Belə oyunlarda bu cür halların olması normaldır. Bu səviyyədə keçən oyunlarda futbolçuların səhv etməsi təbii ki, normaldır", - o bildirib. 

Qeyd edək ki, Elvin Cəfərquliyev həmin matçda əks-hücum zamanı Emmanuel Addainin yanlış ötürməsindən sonra ona əsəbiləşmişdi və oyuna davam etməyərək komanda yoldaşına etiraz etmişdi.


Etiketlər:  Çox əsəbiləşdim sonradan Elvinlə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ