Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Azərbaycana bu marşrutu təklif etdi

Paşinyan Azərbaycana bu marşrutu təklif etdi

Tarix: 27 Oktyabr 2025 10:32

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana yükdaşıma üçün təklif etdiyi mümkün marşrutu açıqlayıb.

O bildirib ki, İrəvan bu gün də tranzit daşımalarını həyata keçirməyə hazırdır.

Onun sözlərinə görə, Ermənistan Marqara-Yexeqnadzor-Sisian-Qoris marşrutu üzrə yük maşınlarının tranzitini təmin etməyə hazırdır.

"Hazırda bu, Ermənistan tərəfinin həyata keçirə biləcəyi yeganə variantdır", - Baş nazir əlavə edib.

Xatırladaq ki, Azərbaycan öz ərazisindən Ermənistana yük daşımalarına qoyulan tranzit qadağasını ləğv edib. Bunun nəticəsində Rusiya və Qazaxıstandan Ermənistana göndərilən mallar artıq Azərbaycan ərazisindən tranzit qaydada daşınır.


Etiketlər:  Paşinyan Azərbaycana marşrutu təklif etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ