Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2025 17:44
"Elman Nəsirov ictimai xadimdir. Millət üçün, xalq üçün o, əhəmiyyətli adamdır. Onun nüfuzuna xələl gəlməməsi və adı hallanan qadın Elman müəllimin bir ürək parçası olduğu üçün bu məsələyə öz dəstəyimi göstərmək istəyirəm".
Sonxeber.net xəbər verir ki, bunu "Şərur MTK"nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) deyib.
O bildirib ki, həmin qadına 5 il müddətində yaşamaq üçün ev verirəm:
"Qoy gəlib yaşasınlar. 5 ildən sonra mənzili geri qaytararlar. İstəyirəm ki, Elman müəllim haqqında gəzən söz-söhbət aradan yığışsın. Nəzərə alın ki, Elman müəllim mənim əqidə yoldaşımdır. İkimiz də YAP-ın üzvüyük. Ona görə də onu müdafiə etmək, dəstək göstərmək bizim borcumuzdur".
Qeyd edək ki, bir neçə gün əvvəl Millət vəkili Elman Nəsirovun birinci evlilikdən olan qızı Laləzər Əliyevə sosial şəbəkədə çıxış edərək atasından gileylənib. (News365.az)