Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mahirin qolu olmasaydı, bəlkə də burda baş məşqçi deyildim”

“Mahirin qolu olmasaydı, bəlkə də burda baş məşqçi deyildim”

Tarix: 27 Oktyabr 2025 18:50

Almaniyanın "Kayzerslautern" klubunun baş məşqçisi Tomas Liberknext maraqlı açıqlama verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, komandasında çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emreli sayəsində hazırda bu klubun baş məşqçisi olduğunu bildirib:

"Ötən ilin aprelində "Kayzerslautern" "Nürnberq"lə qarşılaşırdı. Həmin matç olmasaydı, Mahir qol vurmasaydı, bəlkə də mən burada baş məşqçi deyildim". 

Qeyd edək ki, həmin matçda "Nürnberq"in qələbə qolunu Mahir Emreli vurmuşdu. Məğlub olan "Kayzerslautern" o dönəmdəki baş məşqçi Markus Anfanqı istefaya göndərmişdi. Onun yerinə isə Tomas Liberknext gətirilmişdi.


Etiketlər:  Mahirin qolu olmasaydı bəlkə burda baş məşqçi deyildim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ