Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' - ''Çelsi'' oyununun biletləri satışa çıxarılır - bu QİYMƏTƏ

''Qarabağ'' - ''Çelsi'' oyununun biletləri satışa çıxarılır - bu QİYMƏTƏ

Tarix: 28 Oktyabr 2025 17:42

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununun biletləri sabah satışa çıxarılacaq.

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan klubu məlumat yayıb.

Satışa oktyabrın 29-da saat 15:00-dan start veriləcək.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, noyabr 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.


Etiketlər:  Qarabağ Çelsi oyununun biletləri satışa çıxarılır QİYMƏTƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ