Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samir Abasov: ''Neftçi'' Vensan Abubakarın arxasınca qaçmayıb''

Samir Abasov: ''Neftçi'' Vensan Abubakarın arxasınca qaçmayıb''

Tarix: 29 Oktyabr 2025 23:12

"Neftçi" Vensan Abubakarın arxasınca qaçmayıb.

Sonxeber.net xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov MOİK komandası ilə Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

O, qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Azərbaycan Kubokunun oyunları bizim üçün həmişə çətin olub, amma "Neftçi" elə komandadır ki, onun üçün hər növbəti matç prioritetdir. Çətin olmasına baxmayaraq, hər iki cəbhədə sonadək mübarizə aparacağıq. Hər oyunun vacibliyini anlayırıq, təzyiqi də hiss edirik. Buna görə də rəqibin fərqi yoxdur".

S.Abasov yeni transfer Abubakarın komandaya gəlişi barədə danışıb:

"Abubakarı vaxtında gətirə bilməzdik, bizim üçün əlçatmaz idi. Çünki Azərbaycan Premyer Liqası belə futbolçuların can atdıqları yer deyil. Biz sırf Abubakarın arxasınca qaçmamışdıq, yəni ad axtarmamışıq. Cərimə meydançasının içində bir toxunuşu ilə səviyyəsini göstərən hücumçu axtarmışıq. Həmin ərəfədə yetərincə adlar da var idi. Bizim üçün ən idealını seçmişik və gətirmişik. Lakin mən sırf adın üstündə dayanmağın əleyhinəyəm. Bütün futbolçular oynayır. Digər futbolçuların etdiklərini də görürəm".

Qeyd edək ki, "Neftçi" - MOİK oyunu "ağ-qaralar"ın 6:2 hesablı qələbəsi ilə bitib. Komanda 1/8 finalda "Zirə" ilə üz-üzə gələcək.


Etiketlər:  Samir Abasov Neftçi Vensan Abubakarın arxasınca qaçmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ