Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk dəfə keçmiş həyat yoldaşından danışdı

İlk dəfə keçmiş həyat yoldaşından danışdı

Tarix: 31 Oktyabr 2025 08:25

Müğənni Xatun Əliyeva keçmiş həyat yoldaşı, oğlu Adilin atasından danışıb. 

Müğənni "Qonaqcanlı" verilişində övladının atası ilə əlaqəsi olmadığını deyib. O, bildirib ki, həmin şəxs ikinci dəfə ailə qurub:

"Keçmiş həyat yoldaşım Avropada yaşayır. Baldızlarım da xaricdədir. O, da ailə qurub, övladları var. Hamını bağışlamışıq, rahat buraxmışıq. Bizim onlarla heç bir əlaqəmiz yoxdur. Oğlumla onların arasında mübahisə olmuşdu. Sonra özləri danışmışdı. O, evləndi, uşaqları oldu. Ona görə də Adil çəkildi kənara. Danışmırlar".

Qeyd edək ki, Xatun bir dəfə ailəli olub. Onun bu nikahdan bir oğul övladı var. Adil bir müddət əvvəl evlənib və qızı dünyaya gəlib. 


Etiketlər:  İlk dəfə keçmiş həyat yoldaşından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ