Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 31 Oktyabr 2025 13:55
Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin gərgin münasibətlərdə olduğu oğlu Ahmetin ona yaxınlaşmaması üçün məhkəməyə müraciəti müsbət nəticələnib.
Milli.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məhkəmə müraciət əsasında Ahmet Tatlısəs barəsində uzaqlaşdırma qərarı verib.
Məhkəmə Əhmədin atasına yaxınlaşmasının qarşısını almaq üçün elektron izlənilməsini əmr edib. Qərara əsasən, Əhmədə elektronik qolbaq taxılıb.
Qeyd edək ki, İbrahim Tatlısəs bir müddətdir ki, oğlu Əhmədlə mübahisə edir. Məşhur müğənni oğlunu bir müddətdir görmür.
 
        
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    