Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İdman geyimində muğam oxuyan xanəndəni qınadı

İdman geyimində muğam oxuyan xanəndəni qınadı

Tarix: 31 Oktyabr 2025 18:00

Əməkdar artist Babək Niftəliyev xanəndələrin geyim tərzindən danışıb.

Sonxeber.net xəbər verir ki, efirlərin birində qonaq olan xanəndə muğam ifa edənləri qınayıb.

"Biz tələbələrlə danışanda deyirik ki, xanəndə necə geyinməlidir? Xanəndə idman ayaqqabısında oxuya bilməz. Bunu qəbul edə bilmərik. Dövlət tərəfindən milli musiqimizə böyük diqqət ayrılıb. Beynəlxalq müsabiqələrə ev sahibliyi edirik. Eyibdir. Özünə hörmət etmirsə, heç olmasa muğama etsin. Xan Şuşinksi, Arif Babayev kimi nəhəngimiz olub. Bizim Alim Qasımov, Mənsum İbrahimovuzum var. Baxsın görsün necə geyinirlər, çıxış edirlər. Olmaz".

Xatırladaq ki, Pərviz Qasımovun məclislərin birində idman geyimində muğam oxuduğu kadrlar yayılmışdı.


Etiketlər:  İdman geyimində muğam oxuyan xanəndəni qınadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ