Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Messiyə tarixin ən yaxşısı deyə bilmərəm" - Ronaldinyo

Tarix: 13 Dekabr 2019 20:04

"Barselona"nın əfsanəfi futbolçusu Ronaldinyo komandanın hazırkı kapitanı Lionel Messi haqda açıqlama verib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, 32 yaşlı hücumçunu yalnız indiki nəsil üçün ən yaxşı hesab etdiyini bildirib: "Messinin futbol tarixinin ən yaxşı oyunçusu olduğunu deyə bilmərəm. Amma indiki  nəslin ən yaxşısı odur. Müqayisə etməyi sevmirəm. Çünki Dieqo Maradona, Pele və Ronaldo varkən tarixin ən yaxşı futbolçusunu seçmək çox çətindir".

Qeyd edək ki, L.Messi bu il karyerasında 6-cı dəfə "Qızıl top"a layiq görülüb.

 


Etiketlər:  Messiyə tarixin ən yaxşısı deyə bilmərəm Ronaldinyo


RƏYLƏR