Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 20:48
Bakı. Trend:
Fransada şiddətli qasırğa səbəbi ilə 170 mindən çox ev işıqsız qalıb.
Trend-in məlumatına görə, ötən gecədən bəri tüğyan edən qasırğa Fransanın 12 departamentini əhatə edib.
Həmin departamentlərdə “narıncı” təhlükə səviyyəsi elan olunub. Averon departamentində isə küləyin sürəti saniyədə 40 metrə çatıb.
Sinoptiklərin proqnozlarına əsasən, kəskin hava şəraiti bu gün də davam edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin