Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2025 16:06
Toy mərasimində maraqlı və eyni zamanda mübahisə doğuran an yaşanıb.
Sonxeber.net xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə gəlinin masanın üzərinə çıxaraq bəy üçün rəqs etdiyi anlar əks olunubs
Gəlinin hərəkətləri zalda olan qonaqlar tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb. Bəziləri alqışlarla onu dəstəkləyib, bəziləri isə bu davranışı toy adətlərinə uyğun hesab etməyib.
Kadrlarda bəyin gülümsəyərək gəlinini izlədiyi görünür. Sosial mediada paylaşılan video qısa zamanda minlərlə baxış toplayıb və geniş müzakirələrə səbəb olub.
İstifadəçilərin bir qismi gəlinin cəsarətini və sevincini təqdir etsə də, digərləri bu cür hərəkətlərin toy mərasimlərində yersiz olduğunu qeyd ediblər.
Musa