Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Müharibə olsa, biz tez qalib gələcəyik''

''Müharibə olsa, biz tez qalib gələcəyik''

Tarix: 11 Noyabr 2025 10:02

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Vaşinqtonun hər hansı müharibədə iştirak etməsini istəmir, lakin hərbi ssenari yaranarsa, ölkəsi sərt şəkildə addım atacaq.

Sonxeber.net xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsi zamanı danışıb.

"Mən müharibələrdə iştirak etmək istəmirəm. Amma əgər müharibə vəziyyətində olsam, biz tez qalib gələcəyik və bu çox sərt olacaq", - o deyib.

Tramp bir daha vurğulayıb ki, o və administrasiyası doqquz ay ərzində səkkiz münaqişəni dayandırıb. Lakin hansı münaqişələrdən söhbət getdiyini dəqiqləşdirməyib. /APA


Etiketlər:  Müharibə olsa qalib gələcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ