Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2019 10:08
"Arsenal"ın futbolçusu Məsut Özil Şərqi Türküstandakı insanlara edilən haqsızlıqlara münasibət bildirib.
Qol.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "İnstaqram" səhifəsində paylaşım edərək, müsəlman dünyasının bunlara səssiz qaldığını bildirib: "Əziyyətlərə dözən, məcburən İslamdan uzaqlaşdırmağa çalışanlara qarşı tək mübarizə aparan şanlı möminlər! Quranlar yandırılır, məscidlər bağlanır, mədrəsələrə qadağa qoyulur, din alimləri bir-bir öldürülür. Kişilər məcbur düşərgələrə göndərilir. Onların əvəzinə çinli kişilər ailələrinə yerləşdirilir. Qadınlar zorla çinli kişilərlə evləndirilir. Bütün bunlara rəğmən həzrəti Məhəmmədin yolçuları susur. Müsəlmanlar sahiblənmir. Bilmirlər ki, zülmə razılığın qarşılığı zülmdür? Həzrəti Əli nə gözəl deyib: "Zülmün qarşısını ala bilmirsinizsə, onu hər kəsə çatdırın!". Qərb mediası və dövlətlərində bu hadisələr aylardır ki, gündəmdədir. Bəs, müsəlman ölkələri və mediaları haradadır? Bilmirlər ki, zülmün olduğu yerdə tərəfsizlik namussusluqdur? Bilmirlər ki, illər sonra oradakı qardaş və bacılarımız bu çətin günlər haqda xatırlayacaqları zalımların işgəncələri yox, biz müsəlmanların səssizliyi olacaq. Ya Rəbbim, Şərqi Türküstandakı qardaş və bacılarımıza kömək ol".