Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2019 12:04
Məşhur balabançı mərhum Əliməmməd Əmrahovun nəvəsi Türkiyədə faciəli şəkildə dünyasını dəyişib.
Sonxeber.net Virtualaz.org-a istinadən bildirir ki, Çanaqqala şəhərində yerləşən ali məktəbdə təhsil alan 1998-ci ildə anadan olmuş İsmayıl İlqar oğlu Əmrahov bir neçə gün əvvəl yaşadığı binanın pəncərəsindən yıxılaraq ağır xəsarət alıb. Elə o vaxtdan da koma vəziyyətində olan İsmayıl dünən dünyasını dəyişib. İ. Əmrahov Çanaqqalada yerləşən Tibb Universitetinin 4-cü kurs tələbəsi idi, anestezioloq ixtisası üzrə təhsil alırdı. Faciəli şəkildə həlak olmuş azərbaycanlı tələbənin cənazəsinin atasının müşayəti ilə artıq Bakıya gətirilib. Bu gün yaşadıqları Salyan rayonunda torpağa tapşırılacaq.
Sonxeber.net