Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 13:32
Futbol freestyleri Nuqzar Kvirtiya Bakıda çəkdiyi maraqlı, eyni zamanda təhlükəli görüntüləri sosial şəbəkədə paylaşıb.
Sonxeber.net xəbər verir ki, o, şəhərdə çoxmərtəbəli binalardan birində heç bir qoruyucu vasitə olmadan yüksək mərtəbənin pəncərəsini silən qadını kameraya alıb.
Kvirtiya görüntüləri zarafatla "Hörümçək-Qadın" adlandıraraq, belə bir addımın böyük cəsarət tələb etdiyini, lakin həyat üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
Sözügedən kadrlar sosial mediada geniş müzakirələrə səbəb olub və istifadəçilər təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini bir daha xatırladıblar.
Hüseyn
11 Dekabr 2025 22:27
11 Dekabr 2025 22:24
11 Dekabr 2025 22:21
11 Dekabr 2025 22:18