Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 19:48
Pakistan Beynəlxalq Valyuta Fondundan 1,2 milyard dollar həcmində maliyyə tranşı qəbul edib.
Sonxeber.net bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İslam Respublikasının Mərkəzi bankından olan mənbənin bildirdiyinə görə, həmin məbləğdən 1 milyard dollar geniş kredit maliyyələşməsi proqramı, 200 milyon dolları isə dayanıqlı inkişaf və bərpa proqramı çərçivəsində köçürülüb.
“The Nation” nəşri qeyd edir ki, Pakistanın Mərkəzi Bankının hesabına köçürülmüş vəsait ölkənin maliyyə durumunun yaxşılaşdırılmasına və iqlim dəyişikliyi və digər ekoloji problemlər fonunda meydana gələn mövcud çağırışlar fonunda iqtisadi dayanıqlığın artırılmasına kömək edəcək.