Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messinin ən hündür heykəli ucaldıldı

Messinin ən hündür heykəli ucaldıldı

Tarix: 11 Dekabr 2025 22:56

Hindistanın Qərbi Benqal ştatında, Kəlküttə şəhərinin Leyk Taun ərazisində argentinalı ulduz futbolçu Lionel Messinin nəhəng heykəli ucaldılıb.

QOL.az xəbər verir ki, “Sree Bhumi” idman klubu tərəfindən hazırlanan heykəlin hündürlüyü təxminən 21.3 metr təşkil edir. Məlumata görə, dəmirdən hazırlanan bu heykəl dünyada Messiyə həsr olunmuş ən böyük heykəldir.

Abidədə futbolçu əlində Dünya Kuboku ilə təsvir olunub. Klubun prezidenti və ştat naziri Sucit Bose heykəlin cəmi 40 gün ərzində ərsəyə gəldiyini bildirib.

Təhlükəsizlik və asayişlə bağlı narahatlıqlar səbəbindən heykəlin rəsmi açılışı dekabrın 13-də ulduz futbolçunun virtual iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, Kəlküttə şəhəri futbol sevgisi ilə tanınır. Daha əvvəl Dieqo Maradona, Ronaldinyo və Emiliano Martines kimi əfsanələr də bu şəhəri ziyarət ediblər.


Etiketlər:  Messinin hündür heykəli ucaldıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ