Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2025 00:16
İngiltərədə qrip halları həftəlik 55% artımla rekord həddə çatıb.
Sonxeber.net bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ötən həftə gündəlik orta hesabla 2660 nəfər qrip xəstəsi xəstəxanaya müraciət edib.
Ondan öncəki həftə isə xəstəxanaya gündəlik 1717 nəfər müraciət edib.
Qeyd edilir ki, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 1861 xəstə, 2023-cü ildə bu rəqəm gündəlik cəmi 402 xəstə olub.