Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2019 20:09
Minimum üç super məhsul var ki, onlar həmişə sizin rasionunuzda olmalıdır. Həmin məhsulların istifadəsi iltihab və müxtəlif xəstəliklərin qarşısını alır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə mütəxəssislərin fikirlərini "Domaşni oçaq" jurnalı dərc edib.
Həmin üç super məhsulu sizə təqdim edirik:
Yumurta. Orqanizmi dəyərli nutrientlərlə təmin edən ən yaxşı əlçətan məhsullardan biridir. Bir orta ölçülü yumurta bizə 6 qram zülal verir və bundan əlavə, onun tərkibində yüksək miqdarda A, B, D vitaminləri, kalium mineralı var. Mütəxəssislərin fikrinə görə, yumurtanın istifadəsi ürək xəstəlikləri riskini aşağı salır, onların sarısı isə xolesterinin artması ilə heç cür bağlı deyil.