Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda 1 541 nəfər xəstəxanalıq olub

İranda 1 541 nəfər xəstəxanalıq olub

Tarix: 15 Dekabr 2019 20:46

İranda ötən 1 sutka ərzində hava çirkliliyinə görə, 1 541 nəfər xəstəxana və müalicə mərkəzlərinə müraciət edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib. Bu barədə Trend, təşkilatın informasiya portalına istinadən məlumat verib.

M.Xaledinin sözlərinə görə, 570 nəfər tənəffüs sistemindəki xəstəliklərə, 971 nəfər isə ürək xəstəliklərinə görə tibb mərkəzlərinə müraciət edib.

Xaledi əlavə edib ki, Tehran vilayətində 1 051 nəfər tibb mərkəzlərinə müraciət edib.

Təşkilat rəsmisi İsfahan vilayətində 295 nəfər, Əlborz vilayətində 165 nəfər və Mərkəzi vilayətdə 30 nəfərin müalicə mərkəzlərinə müraciət etdiyini deyib.


Etiketlər:  İranda nəfər xəstəxanalıq olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ