Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

18 illik arvadını ''baxımsız'' olduğu üçün öldürdü

18 illik arvadını ''baxımsız'' olduğu üçün öldürdü

Tarix: 16 Dekabr 2019 09:28

Türkiyənin İzmir şəhərində dəhşətli cinayət yaşanıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, 38 yaşlı Filiz Tekin adlı qadın 18 illik əri İbrahim Tekin tərəfindən döyülərək öldürülüb. Evə içkili halda gələn ər qadına "Niyə baxımsızsan, niyə bu qədər çirkinsən" deyərək, onu döyməyə başlayıb. Başını dəfələrlə divara çırpdıqdan sonra qadın özündən gedib. Kişi övladlarına heç kimə xəbər verməməyi tapşırsa da kiçik oğlu xalasına zəng edib. Zəngdən sonra evə gələn bacısı Filizi halsız şəkildə tapıb və təcili olaraq xəstəxanaya çatdırıb. Beyin silkələnməsi və onurğasında sınıqlar aşkarlanan qadın 8 gün komadan qaldıqdan sonra vəfat edib.

Qatil ər isə həbs edilib.


Etiketlər:  illik arvadını baxımsız olduğu üçün öldürdü


RƏYLƏR