Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını Bakıda izləyəcək

Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını Bakıda izləyəcək

Tarix: 16 Dekabr 2019 09:50

Bakı. Trend:

Türkiyə Prezidenti “AVRO-2020-nin final mərhələsinin A qrupunun Bakıda keçiriləcək oyunlarını Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə izləyəcək.

Trend-in məlumatına görə, bu barədə R.T.Ərdoğan yerli televiziya və radiolara müsahibə verərkən deyib: “Bu oyunlarla əlaqədar İlham Əliyev qardaşımla da danışdıq. O, bu matçları birlikdə seyr etməyimiz üçün məni Bakıya dəvət edib. İnşallah oraya gedəcəyik, iki matçı oradan izləyəcəyik. Əminəm ki, bu dəfə Türkiyə də qrupdan çıxacaq”.

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin qrup oyunları gələn il iyun ayının 12-də start götürəcək.


Etiketlər:  Ərdoğan AVRO 2020 nin final mərhələsinin oyunlarını Bakıda izləyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ