Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sosial layihələr'' müsabiqəsi çərçivəsində Azərbaycanda jest dili lüğəti yaradılacaq

''Sosial layihələr'' müsabiqəsi çərçivəsində Azərbaycanda jest dili lüğəti yaradılacaq

Tarix: 16 Dekabr 2019 15:34

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi "Sosial layihələr" müsabiqəsi çərçivəsində qalib elan edilən "Doğma jest dili" layihəsinin icrasına başlanılıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, "Karlara dəstək" İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən "Doğma jest dili" layihəsinin əsas məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır.

Müəyyən söz toplusunun əks olunacağı lüğət eşitmə və nitq məhdudiyyəti olan insanların işarət dilində olan sözlərini müvafiq jestlərlə izah edəcək və həmin şəxslərin ünsiyyət zamanı qarşılaşdığı çətinlikləri aradan qaldıracaq.

Sözlərin şəkillər ilə izahını verməklə yanaşı, jest dilinin vacib hissəsi sayılan mimika ilə ifadə edilən işarələri təsvir edən məlumatlardan ibarət veb səhifə və mobil tətbiqin hazırlanması da nəzərdə tutulur.


Etiketlər:  Sosial layihələr müsabiqəsi çərçivəsində Azərbaycanda jest dili lüğəti yaradılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ