Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Pərviz çox söyüş söydü” - “Kəllə Kəlləyə”də dava

“Pərviz çox söyüş söydü” - “Kəllə Kəlləyə”də dava

Tarix: 16 Dekabr 2019 19:15

Azərbaycanlı reperlər üçün döyüş səhnəsi olan "Kəllə Kəlləyə"də bu dəfə Pasterlə Tibu KM qarşılaşıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Elektra Events Hall"da baş tutan böyük dueldə izdiham yaşanıb. 

Dəfələrlə yarışlarda çempion olan Pasterin qalib gələcəyi proqnozlaşdırılsa da, beş münsif üzvünün səsinə əsasən, Tibu 3:2 hesabla qalib olub. Həlledici səsi jüri olan keçmiş repçi Fərid Dadaşov (MC Daddy) verib. 

O, səhnəyə çıxaraq Tibunun ifasının zövqünə yaxın olduğunu vurğulayıb: 

"Ad günümdə lazım olmayan bir ana düşmüşəm. Hər iki repçi bombadır, istedaddır. Uşaqlar, söhbət sırf mənim zövqümdən gedəcək. Kimsə yaxşı və ya pis deyil. Hər ikisinə uğurlar. Səsimi Tibuya verirəm".

Həmin anda Pasterin tərəfdarları jüri heyətinə etiraz edib və klubu tərk etməyəcəyini qeyd ediblər. Daha sonra fanatlar arasında dava da olub. Etirazlar bir müddət davam etsə də, qərarda heç bir dəyişiklik olmayıb.

Pasterin məğlubiyyəti sosial şəbəkələr də müzakirələrə səbəb olub. Əksər istifadəçilər münsiflərin haqsız qərar çıxardığını iddia edib.


Etiketlər:  Pərviz çox söyüş söydü Kəllə Kəlləyədə dava


RƏYLƏR