Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunları imzalayıb

Prezident İlham Əliyev gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunları imzalayıb

Tarix: 16 Dekabr 2019 21:00

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında və Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında qanunları imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilir.

2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.

Hər iki qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.


Etiketlər:  Prezident İlham Əliyev gələn üçün yaşayış minimumu ehtiyac meyarının həddi haqqında qanunları imzalayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ