Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2019 23:24
Bakı. Trend:
Mayın 9-u Misir prezidenti Abdel Fəttah əl-Sisi Liviya Milli Ordusunun komandanı feldmarşal Xəlifə Haftarı Qahirədə qəbul edib.
Trend-in məlumatına görə, görüş zamanı Liviyada baş verən son hadisələr müzakirə olunub.
Bu, onların Misirdə keçirilən artıq ikinci görüşüdü. Prezident ofisinin rəsmi nümayəndəsi bildirib ki, Misir prezidenti Liviyada təhlükəsizlik və sabitliyin bərqərar olunması üçün Misirin terrorizm və ekstremist qruplara qarşı mübarizəni aparmaq üçün dəstəyini vurğuladı və Liviyada qanunun aliliyinin bərpası üçün ölkənin hərbi təşkilatlarının rolunu yüksək qiymətləndirdi.
Tərəflər həmçinin Liviyanın ölkənin daxili işlərinə xarici müdaxilənin qarşısını alınması üçün səylərini müzakirə etdilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin