Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 11:30
"Azərbaycanda yağıntıların qeyri-bərabər olması, quraqlığın artması məhdud olan torpaq və su ehtiyatlarından daha səmərəli istifadəni zəruri edir".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən "Azərbaycanda ərzaq və kənd təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi" mövzusunda beynəlxalq konfransda deyib.
Nazir bildirib ki, bu məqsədlə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir: "Aidiyyəti dövlət orqanları o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər planı müəyyənləşdirir, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən quraqlığa və xəstəliyə davamlı toxum sortlarının əldə edilməsi istiqamətində iş aparılır".