Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Balıq növlərinin yetişdirilməsi əhalinin..." - Muxtar Babayev

Tarix: 17 Dekabr 2019 13:00

"Aparılan aqrar islahatlar nəticəsində müxtəlif növ kənd təsərrüfatı istehsalı məhsullarının həcmi artıb".

Milli.Az Trend-ə istinadən əbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bu gün Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində ərzaq və kənd təsərrüfatı sahəsində özəl sektorun rolunu əks etdirən seminarda bildirib.

O bildirib ki, ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə olaraq son illərdə meşə fondu sahələrində fındıq, qoz, şabalıd kimi ixracyönümlü aqromeşə massivlərinin yaradılmasına start verilib:

"Bu, ekoloji təmiz məhsulların yaxşılaşdırılmasına gətirib çıxarır. Həmçinin ölkənin əlverişli iqlimi, zəngin bitki örtüyü arıçılığın inkişafını şərtləndirən başlıca amillərdəndir. Bu məqsədlə arıçılığın gələcək inkişafına təkan vermək üçün nektar verən ağacların əkilməsinə üstünlük verilir. FAO-nun dəstəyi ilə hazırlanmış Milli Meşə Proqramında arıçılığın inkişafı nəzərə alınıb. Bu tədbirlər ölkənin bal təminatını artırır".


Etiketlər:  Balıq növlərinin yetişdirilməsi əhalinin Muxtar Babayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ