Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın 2019 üçün yekun reytinqi – UEFA açıqladı

“Qarabağ”ın 2019 üçün yekun reytinqi – UEFA açıqladı

Tarix: 17 Dekabr 2019 13:48

UEFA 2019-cu il üçün klubların yekun reytinq cədvəlini açıqlayıb.

Qol.az xəbər verir ki, qurumun rəsmi saytında  yenilənmə Avropa kubokarının qrup mərhələlərinin son turunun oyunlarından sonra aparılıb

Azərbaycan çempionu “Qarabağ” reytinqdə 21 min xalla 71-ci yeri tutub. Sıralamada Ağdam klubundan geridə olan klublar arasında PAOK (Yunanıstan), “Hetafe”, “Espanyol”, “Betis”, “Real Sosyedad”, “Selta” (hamısı İspaniya), “Milan”, “Fiorentina” (hər ikisi İtaliya), “İstanbul Başakşehir" (Türkiyə), “Everton” (İngiltərə) kimi tanınan klublar da var.

Reytinq siyahısına əvvəlkitək “Real” Madrid başçılıq edir (134 min xal). İkinci yeri “Barselona” (123 min xal), üçüncü yeri “Bavariya” (121 min xal) tutur.

Son beş mövsümün nəticələri əsasında hazırlanan və ümumən 421 komandanın adının olduğu reytinqdə “Qarabağ”la yanaşı Azərbaycanın daha 6 klubu yer alıb. “Qəbələ” 145-ci, “Neftçi” 274-cü, “Səbail” 279-cu, “Keşlə” 281-ci, “Zirə” 282-ci, “Kəpəz” isə 283-cü yeri tutur.

 


Etiketlər:  Qarabağın 2019 üçün yekun reytinqi UEFA açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ