Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 13:57
Bakı. İlhamə İsabalayeva - Trend:
Əgər bu günə qədər sosial müavinətlərin maliyyə yükü 400 milyon manata yaxın idisə, növbəti ildən bunun maliyyə yükü iki dəfə artırılaraq 800 milyon manata çatdırılacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, bu il sosial müavinətlərin məbləğində ciddi dəyişikliklər olunub. Bu ilin əvvəlində 14 növ müavinət, 7 növ prezident təqaüdü artırılıb.
A.Kərimov əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi üçün sosial paketlərin nəzərdən keçirilməsi ilə bağlı verdiyi tapşırağa uyğun olaraq, mütəmadi tədbirlər həyata keçirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin