Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 14:06
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yarandığı ilk gündən qida təhlükəsizliyi məsələlərinə əməl edən, Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində irəliləyən sahibkarların yanındadır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-lərin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi seminarında deyib.
O bildirib ki, Agentliklə müxtəlif sahibkarlıq subyektləri arasında müxtəlif formatlarda görüşlər keçirilib:
"Eyni zamanda sahibkar üçün təlimlər təşkil edilib. Həmin təlimlər zamanı 20-yə yaxın qida təhlükəsizliyi ilə bağlı mövzu seçilərək 2500-dən çox sahibkar bu təlimlərə cəlb olunub.
Ölkədə ən vacib məsələlərdən biri qida təhlükəsizlikliyidir. Ölkə başçısının müvafiq fərmanı ilə il yarıma yaxındır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini öz fəaliyyətinə başlayıb. Agentliyin tabeliyində Prezidentin müvafiq fərmanı ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu fəaliyyət göstərir.
Bu məsələyə yanaşmamız birinci gündən ondan ibarətdir ki, qida təhlükəsizliyi 3 əsas istiqaməti özündə cəmləşdirə bilib. Birincisi və ən vacibi əhalinin sağlamlıq göstəriciləridir, ikinci vacib məsələ ölkədə qida məhsullarının ixrac potensialının artırılmasıdır, yəni əgər məhsulun təhlükəsizlik göstəriciləri yüksək səviyyədə olarsa, o artıq məhsulun etibarlılığının artırılması deməkdir, 3-cü vacib məsələ qida məhsullarının sağlam rəqabət mühitinin yaradılmasıdır".
Q.Təhməzli birdirib ki, Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 19 laboratoriya analitik ekspertiza mərkəzinin nəzdində fəaliyyət göstərir.