Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 14:18
PSJ-nin futbolçusu Neymar "France Football" nəşrinə müsahibə verib.
Qol.az xəbər verir ki, o, müsahibəsində komandada lider olmağa çalışmadığını deyib: "Heç vaxt bir nömrə olmaq üçün oynamıram. Sadəcə futbolçu sevdiyim üçün oynayıram. Oynadığım zaman isə xoşbəxt oluram. Hər dəfə meydanda olduğum müddətdə 100 faizimi verirəm".
Braziliyalı hücumçu lider və nümunəvi futbolçu anlayışının hər kəs üçün fərqli olduğunu deyib: "Mükəmməl olan təkcə Tanrıdır. Hər kəsin kiçik qüsurları var. Lider komanda qələbə qazandıran və ya qalib gəlməyə kömək edən şəxsdir. Bu, kapitan və ya hücumçu ola bilər. Lider olmaq üçün hər kəsin imkanı var".