Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə polislər oğurlanmış uşaqları tapmaq üçün fəhləlik etdilər - FOTO

Türkiyədə polislər oğurlanmış uşaqları tapmaq üçün fəhləlik etdilər - FOTO

Tarix: 17 Dekabr 2019 18:30

Türkiyənin Antalya şəhərinin polisləri atası tərəfindən qaçırılan uşaqları tapıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Dənizlidə yaşayan rus Yekaterina Yefimova və türk əri Bəkir A. yola getmədikləri üçün ayrılmaq qərarına gəliblər.

Boşanma ərəfəsində olan ər beş yaşlı İrmak Liona və dörd yaşlı Edqar adlı iki uşağını qaçırıb.

Ananın müraciətindən sonra polislər uşaqların yerini müəyyən etmək üçün onların atalarına məxsus bağlarda, tarlalarda müvəqqəti işə başlayıblar.

Qalmağa yerlərinin olmadığını deyən polisləri Bəkir uşaqlarını gizlətdiyi evə aparıb.

Məlum olub ki, ata uşaqlarını Pamukkale rayonunda suriyalı ailənin yanında gizlədib.


Etiketlər:  Türkiyədə polislər oğurlanmış uşaqları tapmaq üçün fəhləlik etdilər FOTO


RƏYLƏR