Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 22:02
Alimlər dünyanın ən bahalı bitkilərindən biri olan zəfəranın depressiyaya qarşı effektiv mübarizə üsulu olduğunu açıqlayıb.
Sonxeber.net publika.az-a istinadən bildirir ki, Avstraliyada aparılan araşdırma depressiyanın müalicəsində zəfəranın müsbət təsirlərini üzə çıxarıb.
Murdok Universitetinin tədqiqatçısı Adrian Loprestinin sözlərinə görə, depressiyanın müalicəsində zəfəranı plasebo ilə birlikdə istifadə edən xəstələrdə simptonların orta hesabla 21-41 faiz azaldığı müşahidə olunub. Lopresti onu da qeyd edib ki, araşdırmada zəfəranın bir çox faydaları üzə çıxıb: "Yuxu keyfiyyətini yaxşılaşdırır, ovqatı yüksəldir, həzz səviyyəsini qaldırır, gündəlik aktivliyi bərpa edir".
Mütəxəssislər hesab edir ki, müalicədə yalnız zəfəranın istifadəsi kifayət etməyə bilər, daha dəqiq faktlar əldə etmək üçün əlavə tədqiqatların aparılmasına ehtiyac var.