Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 22:33
Elmi izaha görə, sağlam olmaq - tam fiziki, mənəvi, ruhi tarazlıq və sağlamlıqdır. Sağlam olmaq təkcə hər hansı ağır xəstəliyin olub-olmaması ilə ölçülmür.
Bir çox xəstəliklər var ki, gizli gedir, əlamət vermir, illərlə özünü göstərmir, amma insan özünü normal sağlam hesab edir.
Sonxeber.net medicina.az-a istinadən bir insanın fiziki sağlam olduğunun əsas 5 əlamətini təqdim edir.
Əgər bunlardan 3-ü sizdə varsa, fiziki baxımdan ciddi probleminizin olmadığını bilmək olar:
1. Həzm sisteminiz saat kimi işləyir
Normal həzm odur ki, insan normal qidalanır, iştahı, dadbilməsi var, yediklərini həzm edir, tualetə normal gedir, nəcis norma həddindədir, qarnında qida qəbulundan sonra heç bir ağırlıq, köp olmur. İnsan yediyindən həzz alır və doyur.
2. Bədəninizdən pis və kəskin qoxu gəlmir
Hər bir insanın özünəməxsus qoxusu var. Amma kəskin, xoşagəlməz, kənardan hiss olunan qoxular orqanizmdə hormonal, maddələr mübadiləsi və mineral pozulmasına işarədir.
Ağızdan qoxu bakteriya, diş, damaq, mədə-bağırsaq problemini göstərir. Sağlam insanın qoxusu neytral olmalıdır.
3. Gün ərzində gümrahsız
Tez yorulmaq, bir iş görmədən halsızlıq, zəiflik, səbəbsiz usanmalar artıq həyəcan siqnalıdır. Sağlam adam işdən axşama yaxın yorulur, yuxuya normal, tədricən gedir, səhər isə gümrah oyanmalıdır.