Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 00:02
Sonxeber.net dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Pis şeylərə konsentrasiya olunmaq, xırda uğursuzluqlara fəlsəfi nöqteyi-nəzərdən yanaşmaq lazım deyil. İnsanlar komplimentlər baxımından xəsislik edirlər, bir-birlərini az tərifləyirlər, bu da bəzilərinin xətrinə dəyə bilər. Qətilik və höcətləşmək işgüzar münasibətlərdə ixtilafa səbəb ola bilər.
Buğa - Əvvəlcədən nəzərdə tutulmuş işləri həyata keçirmək mümkün olmayacaq. Şəxsi əlaqələrdə sülhün qorunması üçün güzəştlər etmək vacibdir. İnadkar adamlar güzəştə getməyəcəklər və mübahisələr yaradacaqlar.
Əkizlər - Yeni işlərə başlamaq üçün uğurlu gündür. Bir çox eksperimentlər və improvizasiyalar uğurlu alınacaq. Qonaq qəbul etmək yaxşıdır. Vacib məsələləri evdə müzakirə etmək yaxşıdır. Sərfəli razılaşmalar da ola bilər.
Xərçəng - Xarici təsir qarşısında həssassınız və arada sizə təzyiq göstərmək istəyən insanlar qarşısında müdafiəsizsiniz. Yanınızda çox yumşaqlıq etməyə, güzəştə getməyə yol verməyən insan olsa, yaxşıdır. Çünki bu yumşaqlıq və güzəştlər sizin üçün mənfi nəticələnə bilər.
Şir - Bu gün həyat tonusu artır. Enerjiniz o qədər çoxdur ki, bu enerjini hara xərcləmək barədə düşünəcəksiniz. Yaxınlarınız sizin köməyinizə ehtiyac duya bilərlər, lakin çətin ki, bu barədə açıq müraciət etsinlər. Bunu özünüz müəyyən etməli olacaqsınız. Lakin siz bir o qədər də diqqətli deyilsiniz. Buna görə də incikliklər və narazılıqlar ola bilər.
Qız - Bu gün ciddilik tələb edir. Öz planlarınıza yenidən baxın, əsas olanları ikinci dərəcəlilərdən ayırmağa çalışın, lazımsızları kənarlaşdırın. Öz imkanlarınıza tənqidi yanaşın, hər şeyi bacara bilməyəcəyinizi qəbul etmək çətindir. Həddən artıq özünə güvənmə yaxşı nəticələr verməyə bilər.