Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

17 oyundur Avroliqada uduzmurlar

17 oyundur Avroliqada uduzmurlar

Tarix: 10 May 2019 11:40

Avropa Liqasının yarımfinalının cavab matçında "Ayntraxt"a qalib gələn "Çelsi" turnirin tarixinə düşüb.

Qol.az xəbər verir ki, London klubu artıq 17 oyundur ki, Avroliqada uduzmur. İndiyədək bunu bacaran klub olmayıb. "Zadəganlar" bu oyunlardan 14-də qalib gəlib, 3-də heç-heçə edib.

Xatırladaq ki, "Çelsi" "Aytraxt"ı penaltilər seriyasında üstələyərək (4:3) Bakıda keçiriləcək finala yüksəlib.

 


Etiketlər:  17 oyundur Avroliqada uduzmurlar


RƏYLƏR