Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev Mərkəzində “Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçirilib - VİDEO - FOTO

Heydər Əliyev Mərkəzində “Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçirilib - VİDEO - FOTO

Tarix: 18 Dekabr 2019 13:30

Heydər Əliyev Mərkəzində "Musica Viva" Moskva Kamera Orkestrinin konserti keçirilib.

Sonxeber.net xəbər verir ki, Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, dekabrın 17-də keçirilən konsertdə orkestrin bədii rəhbəri və dirijor Aleksandr Rudin (violonçel), Aleksey Volodin (piano) və Andrey Yerşov (truba) konsertdə solist olaraq çıxış ediblər.

Konsert proqramında dünya klassik musiqisinin görkəmli nümayəndələri V.A.Motsart, İ.S.Bax, A.Arenski və D.Şostakoviçin əsərləri ifa olunub.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arazbarı" əsəri orkestrin ifasında tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

"Musica Viva" Moskva Kamera Orkestri 1978-ci ildən fəaliyyət göstərir. 1988-ci ildən indiyədək orkestrə dirijor, violonçel ifaçısı və pianoçu Aleksandr Rudin rəhbərlik edir. "Musica Viva" beynəlxalq musiqi festivallarının daimi iştirakçısıdır. Almaniya, Belçika, Çexiya, Çin, Finlandiya, Fransa, Hindistan, İspaniya, İtaliya, Latviya, Niderland, Sloveniya, Tayvan, Türkiyə və Yaponiyada qastrollarda olub.


Etiketlər:  Heydər Əliyev Mərkəzində Musica Viva Moskva Kamera Orkestrinin konserti keçirilib VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ