Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2019 13:32
"Roma"nın baş məşqçisi Klaudio Ranyeri mövsümün sonunda komandanı tərk edəcək.
Qol.az klubun rəsmi Tvitter səhifəfəsinə istinadən xəbər verir ki, bunu itlaiyalı mütəxəssis özü açıqlayıb. O, mətbuat konfransında mövsümün sonunda paytaxt klubundakı işinin son çatacağını bildirib.
Qeyd edək ki, 67 yaşlı məşqçi bu ilin mart ayından "Roma"nı çalışdırır. Komanda A Seriyasında 35 turdan sonra 59 xalla 5-ci pillədə qərarlaşıb.