Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 08:44
BMT-nin Baş Assambleyası "nasizmin, neonasizmin qəhrəmanlaşdırılması və irqçiliyin, irqi diskriminasiyanın, ksenofobiyanın və bunlarla əlaqəli dözümsüzlüyün müasir formalarının eskalasiyasına imkan yaradan digər praktiki növləri" ilə mübarizə haqqında qətnaməni qəbul edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, sənədin qəbul olunmasının leyhinə 133 ölkə səs verib.
Bildirilir ki, ABŞ və Ukrayna sənədin əleyhinə səs veriblər, Avstriya, Fransa, Türkiyə, Çexiya və Slovakiya da daxil olmaqla 52 ölkə isə səs verməmə hüququndan istifadə edib.