Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq?

Hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq?

Tarix: 19 Dekabr 2019 11:10

Nazirlər Kabinetində Aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı Qərar imzalanıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

Beynəlxlaq təcrübə də nəzərə alınaraq ölkəmizdə əvvəllər olmamış bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Başqa tərəfdən, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.

Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? NK-nın qərarı bu suala cavab verir.

Bitkiçilik sahəsində:

ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədilə

- buğda;
- arpa;
- qarğıdalı;
- kartof;
- şəkər çuğunduru.

İdxalın əvəzedilməsi və ixrac potensialnın gücləndirilməsi məqsədilə

- portağal;
- limon;
- naringi;
- çay;
- tütün;
- çəltik;
- üzüm;
- fındıq;
- pambıq.

Heyvandarlıq sahəsində:


Etiketlər:  Hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq


RƏYLƏR