Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Duz qəbulunun azaldılması nəticəsində diabet və piylənmənin artımına son qoyulacaq

Duz qəbulunun  azaldılması nəticəsində diabet və piylənmənin artımına son qoyulacaq

Tarix: 19 Dekabr 2019 12:09

Bakı. İlhamə İsabalayeva -Trend:

Azərbaycanda keçirilən STEPS sorğusunun nəticələri insanların sağlam həyat tərzi vərdişlərinə yiyələnməsinin vacib olduğunu göstərdi.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2017-ci ilin may ayından 2018-ci ilin mart ayına qədər qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin araşdırılması üzrə STEPS sorğusu keçirilub. Sorğuya əsasən, 18-69 yaş arasında 2801 nəfər iştirak edib. Onlar arasında siqaret çəkənlərin göstəricisi 24 faiz olub. Sorğuda istirak edən kişilərin 48.8 faizi, qadınların isə 0.2 faizi siqaret çəkir.

Sorğunun nəticələrinə görə, 45-69 yaşlı kişilər arasında alkoqol istehlakı 30 faizə yaxın olub. 18-44 yaşlılar arasında bu göstərici 27 faizə yaxın olub. Alkoqol qəbul edənlərin 27 faizi şəhərdə, 28 faizi isə kənd yerlərində yaşayır. Həkim məsləhəti ilə və ya içkinin mənfi təsirindən sağlamlığında yaranan səbəblərinə görə içkidən imtina edənlər ( son 12 ay ətzində alkoqol qəbul etməyənlər) arasında kişilərin faiz nisbəti 41.2 olub.
Q.Haqverdiyev qeyd edib ki, 2011-ci ildə sorğuda iştirak edənlərin yalnız 15 faizi gündə 400 qram meyvə və tərəvəz qəbul etdiyini bildiribsə, 2017-ci ildə bu rəqəm artıq 25 faiz idi:"Deməli, maarifləndirmə və sağlam həyat tərzi istiqamətində aparılan təbliğat insanların adət etdiyi vərdişləri dəyişməsinə təkan verir. Nəzərə almaq lazımdır ku, q eyri-infeksion xəstəliklər tütünçəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlıdır''.
ISIM direktoru qeyd edib ki, ÜST-ə üzv ölkələrin gəldiyi qərara görə, duz qəbulunun 30 faiz azaldılması nəticəsində 2025-ci ilə qədər böyüklər, yeniyetmələr və uşaqlar arasında diabet və piylənmənin artımına son qoymağa nail olunacaq:
"Duzdan gündə 5 qramdan az qəbul olunması hipertoniya, ürək qan-damar xəstəliklərinin və insultun qarşısını alır. Sorguya əsasən, yeməyin dadına baxmamış və ya yemək yeyərkən duz tökənlər 25. 7 faiz, həmişə və ya bəzən yüksəkduzlu məhsullardan istifadə edənlər isə 26.6 faiz təşkil edir".

Qeyd edək ki, ÜST-nin dəstəyi ilə İSİM tərəfindən həyata keçirilən STEPS sorğusu ölkələrə qeyri-infeksion xəstəliklərə nəzarət və onlarla mübarizə üçün öz nəzarət sistemlərini inkişaf etdirməyə kömək edən araşdırma metodologiyasıdır. İkinci dəfə aparılan (ilk sorğu 2011-ci ildə aparılıb) bu milli sorğunun məqsədi Azərbaycan əhalisi arasında qeyri-infeksion xəstəliklərin yayılması, mövcud vəziyyət və gələcək meylləri qiymətləndirərək ÜST-nin təsdiq etdiyi metodlarla yeni məlumatların əldə olunmasıdır.


Etiketlər:  Duz qəbulunun azaldılması nəticəsində diabet piylənmənin artımına son qoyulacaq


RƏYLƏR