Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 13:20
Bakı. Trend:
Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə "Ford Fusion" markalı, nəqliyyat vasitəsində istifadəsi yüksək səs-küyə səbəb olan fişəng və pirotexniki vasitələrin daşınmasına dair əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsinin Trend-ə bildirilib ki, məlumat əsasında Bakı şəhəri, "Sədərək" ticarət mərkəzinin "Şirniyyat" adlanan hissəsində dayanmış "Ford Fusion" markalı nəqliyyyat vasitəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilib.
Baxış zamanı avtomobilin yük yerində və salonunda karton qutuların içərisində 6260 ədəd fişəng və pirotexniki vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin