Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 13:30
"2020-ci ilin yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiq edilməsi ilə əlaqədar tibb müəssisələrinin mərhələli şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təhvil verilməsi prosesi gələn il ərzində davam etdiriləcək".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.
Onun sözlərinə görə, səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin və ya başqa qurumun tərkibində olması vacib faktor deyil.
Nazir müavini bildirib ki, Səhiyyə Nazirliyi daim dövlətin səhiyyə siyasətini yürüdür və yürüdəcək: "Pulsuz səhiyyə özünü doğrultmadı. Bu, dövlət üçün böyük yükdür və həddindən artıq problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur".