Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda qeyri-infeksion xəstəliklərə qarşı mübarizə strategiyaları qəbul edilməlidir

Azərbaycanda qeyri-infeksion xəstəliklərə qarşı mübarizə strategiyaları qəbul edilməlidir

Tarix: 19 Dekabr 2019 14:10

"Qeyri-infeksion xəstəliklər deyərkən ilk iki yerdə infarkt və insultlar dayanır. Onların ortaya çıxmasına səbəb duzun daha çox istehlakı, hərəkətsizlik, piylənmə və tütündən istifadədir".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda çıxışı zamanı deyib.

Dünyada qeyri-infeksion xəstəliklərin ən çox ölümə səbəb olan xəstəliklər sırasında olduğunu deyən H.Harmancı əlavə edib ki, 30-70 yaşlı insanların ölümünün böyük qismini qeyri-infeksion xəstəliklər təşkil edir.
ÜST rəsmisi hesab edir ki, bu ölümlərin qarşısı alına bilər: " Əsas olan hamımızın birgə işləməyimizdir. Hamımız bilirik ki, risklərin qarşısını ala bilsək, 30-70 yaşlı insanların ölümlərinin böyük hissəsini azalda bilərik. Ictimai Səhiyyə və Islahatlar Mərkəzinin (ISIM) həyata keçirdiyi STEPS sorğusu bizə bu problemlərlə bağlı önəmli rəqəmlər verəcək. Həmin rəqəmlər isə doğru yolda olub-olmadığımızı aydınlaşdıracaq.


Etiketlər:  Azərbaycanda qeyri infeksion xəstəliklərə qarşı mübarizə strategiyaları qəbul edilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ